Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Arşın mal alan” tamaşası

15 may 2025 | 18:23

15 may 2025-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyovun anadan olmasının 140 illik yubileyi münasibətilə Lənkəran Dövlət Dram Teatrının təqdimatında “Arşın mal alan” tamaşası nümayiş etdirilmişdir.

Tamaşanı Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynova açaraq tamaşaçıları salamlamış və tamaşa haqqında ətraflı məlumat vermişdir.

Tamaşadan öncə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 15 May Beynəlxalq Ailə Günündə Masallı rayonunda qastrol səfərində olan Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi və Dağıstan Respublikasının əməkdar artisti Laləzar xanım Hüseynova başda olmaqla bütün kollektivə təşəkkürünü bildirdi. Rayon rəhbəri qeyd etdi ki,  tamaşanı izləyərkən hər birimiz xoş və mənəvi istirahət etmiş olduq. Bu gün təqdim edilən tamaşada sevgi, azad seçim, ailə dəyərləri və qadının cəmiyyətdəki rolu kimi aktual mövzular yumoristik və musiqili dillə ifadə olundu. Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır. Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.Azərbaycan ailəsi dünya ölkələri sırasında seçilir və öz uğurlu modelini dünya səviyyəsində tanıtdırır.

Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin səhnəsində “Arşın mal alan” tamaşası nümayiş etdirilmişdir.

Tamaşanın sonunda xatirə şəkilləri çəkdirildi.

Keçidlər