Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
05 iyul 2025 | 16:15
05 iyul 2025-ci il tarixdə Masallı şəhər “Cümə” Məscidində və Masallı rayon Boradigah qəsəbə sahə xəstəxanasında Qafqaz Müsəlmanları idarəsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankının Lənkəran bölməsi tərəfindən Məhərrəm ayının “Aşura günü” mərasimi ilə əlaqədar könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiyada rayonunun müxtəlif zümrələrindən olan insanlar qan və qanyardıcı xəstəlikdən əziyyət çəkən xəstələrə yardım məqsədi ilə qan vermiş, “Aşura günü” və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxumuşlar.