Masallıda Autizm və Daun sindiromlu uşaqlarla bağlı maarifləndirmə tədbiri
Masallıda Autizm və Daun sindiromlu uşaqlara icma əsaslı reablitasiya xidmətinin göstərilməsi və valideyinlərin marifləndirilməsi mövzusunda tədbir keçirilmişdir.
Masallı rayon Mərkəzi Xəstəxansı Publik Hüquqi Şəxsi, Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına dəstək Dövlət Agentliyi və "Sağlam yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin dəstəyi ilə Autizm və Daun sindiromlu uşaqlara icma əsaslı reablitasiya xidmətinin göstərilməsi və valideyinlərin marifləndirilməsi mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional filialının baş mütəxəssisi İntiqam Bağırov, "Sağlam yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Tələt Qəribov, “Ümidim Sənsən” Sosial İnkişafa Yardım İctimai Birliyin sədri Fidan Abbaslı iştirak etmişdir.