Masallıda azad olunmuş Şəhərlərin Günü münasibəti ilə ümumrayon tədbiri
Masallı rayon Heydər Əliyev Mərkəzində işğaldan azad olunmuş Şəhərlərin Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbir başlamazdan öncə Masallı şəhər Heydər Əliyev parkında yerləşən Ulu Öndərin abidəsinin qarşısı və Qəhrəmanlar parkında yerləşən şəhidlər abidə kompleksinə gül qoyulmuşdur. Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi nümayəndələri, bələdiyyələr, məktəb direktorları, şəhid ailələri, qazilər, Ağdam rayondan məcburi köçkün ailələri və mətbuat nümayəndələrinin iştirakı ilə Ağdam və Kəlbəcər Şəhərləri Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Daha sonra Ağdam və Kəlbəcər rayonlarının işğaldan azad olunması və aparılmış abadlıq quruculuq işlərindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun əks-həmlə əməliyyatı zamanı torpaqlarımızın düşmən tapdağından azad olunmasından üç il ötdüyünü qeyd edərək bildirdi ki, Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Biz bu gün ədbirdə Ağdam və Kəlbəcər Şəhərləri günlərini qeyd edirik. Eyni zamanda da qeyd etmək istəyirəm ki, keçrilən bu tədbir respublikanın hər yerində, eləcə də rayonumuzda keçrilən Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamıdır.
İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı, Kəlbəcəri tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
Ağdamın, Kəlbəcərin azad edilməsinə səbəb olan İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!
Ağdam bizimdir, Kəlbəcər bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Daha sonra Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Səfəralı Məmmədovun anası Şahdəstə Məmmədova çıxış edərək bildirdi ki, 12 iyun 1993-cü ildə Qarabağdakı Ermənistan ordusu Ağdam və Ağdərə şəhərləri istiqamətində şiddətli bir hücuma başladı. 43 gün davam edən ağır döyüşlərdən sonra 23 iyul 1993-cü ildə Ermənistan ordusu və separatçı qüvvələr Ağdam şəhərini və ətraf kəndləri işğal etməyə müvəffəq oldular. Şəhərin işğalı zamanı beynəlxalq qanunlar kobud şəkildə pozulur. Şəhər talandıqdan sonra tamamən yandırılır. Azərbaycan ordusunun bəzi birlikləri Ağdamı geri almaq üçün əks-hücum əməliyyatı təşkil edirlər. Həmin birliklər avqustun 8-də Novruzlu kəndi istiqamətində əks-hücuma keçərək aeroport yolunadək irəlilədi. Lakin ordunun ümumi olaraq ruhdan düşməsi və əməliyyatın lazımi səviyyədə təşkil olunmaması onun uğursuzluğu ilə nəticələndi. Əks-hücum zamanı geri alınmış ərazilər də sonradan yenidən itirildi. Nəticədə Azərbaycan üçün Ağdamı geri qaytarmaq planı tamamilə iflasa uğradı. Ağdam düşmənlə döyüşlərdə 6000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.Ş.Məmmədova övladı Səfəralı Məmmədovun da Ağdamda şəhid olması, Azərbaycanın Milli Qəhrəmanı adını almasından danışdı.
Daha sonra şəhid atası Qorxmaz Novruzov, Rayon Ağsaqqallar Şurasının Üzvü Fəxrəddin Talıbov, Ehtiyatda olan zabit – 44 günlük Vətən Müharibəsi iştirakçısı Həmid Mənsimov çıxış edərək bildirdilər ki, Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşğusuna səbəb oldu, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq üçün başlayan bu yürüş hamının ürəyindən soraq verdi.
Tarixi qələbə Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı.
2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat torpaqlarımızın əsarətdən qurtarılmasında müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bəli, o gün 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı... Bu il sentyabrında keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bir daha Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Masallı rayonundan ümumilikdə 256 nəfər şəhidimiz vardır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
Tədbir İ.Nağıyev adına Boradigah qəsəbə 2 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında “Yaşa mənim xalqım ” adlı Kompozisiya ilə yekunlaşdı.