Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Azərbaycan musiqisinin fədaisi” mövzusunda tədbir

15 dekabr 2022 | 17:49

15 dekabr tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı  nümayəndəliyinin birgə təşkilatçılığı ilə Masallı Tarix-Diyarşünaslıq Muzeyində tarzən Əhməd Bakıxanovun 130 illiyinin qeyd olunması ilə bağlı “Azərbaycan musiqisinin fədaisi” mövzusunda tədbir keçirildi.

Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin əməkdaşları və  mədəniyyət nümayəndələri iştirak etdi.

İlk öncə tarzən Əhməd Bakıxanovun və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva tarzən, muğam bilicisi, həm də pedaqoq kimi Azərbaycan musiqi sənətində Əhməd Bakıxanovun göstərdiyi xidmətlərdən danışdı.

Muzeyin əməkdaşı Nazənin Heydərzadə Əhməd Bakıxanovun həyat və yaradıcılığı haqqında geniş məruzə etdi.

Sonra Qalereyanın direktor vəzifəsini icra edən  Təhmasib Məcidov , Onbirillik Uşaq  İncəsənət məktəbinin direktoru Fərhad Qurbanov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəsi Orxan Əliyev çıxışlarında Əhməd Bakıxanovun dahi bəstəkar Üzeyir bəy Hacıbəyli ilə birlikdə xalqımızın milli sərvəti olan muğamın, tarın qorunub saxlanılmasında gördüyü işlərdən, eləcə də tarzənin bəstələdiyi əsərlərin musiqi tariximizdə  əbədi olaraq dəyərli sənət nümunələri kimi qalacağını söylədilər. Natiqlər ümumən Azərbaycan incəsənət sahəsində tanınmış şəxsiyyətlərin böyük mənəvi dəyərlərə malik olduğunu qeyd etdilər.

Tədbirin sonunda gənc tarzən Anar İmanov “Bayatı Şiraz” muğamından parçalar ifa etdi.

Keçidlər