Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev anıldı

12 dekabr 2022 | 13:25

12 dekabr 2022-ci il tarixdə səhər saatlarından başlayaraq Masallı şəhər Heydər Əliyev Parkında Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev masallılar tərəfindən anıldı.

Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da Azərbaycan Xalqının Ümummilli Liderinin vəfatının 19-cu ildönümü dərin hüznlə anıldı.

Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ Müharibəsi veteranları, ictimaiyyət nümayəndələri dahi rəhbərin abidəsi önünə tər güllər və qərənfil dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad etdilər, ruhuna dualar oxudular.

Keçidlər