Masallıda “Azərbaycanın musiqi beşiyi Şuşa” adlı tədbir
Masallı rayon Mərkəzi Kitabxanasında “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq “Azərbaycanın musiqi beşiyi Şuşa” adlı tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Gülər Piriyeva 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbə nəticəsində digər yurd yerlərimizlə bərabər doğma Şuşamıza da qovuşduğumuzu bildirib. O,çıxışında təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd edilən Şuşa şəhərinin yaranma tarixindən, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, siyasətimizə bəxş etdiyi simalardan bəhs edib.
Sonra kitabxanın digər əməkdaşı Həbibə Hüseynova mövzu ilə bağlı məruzə edib.