Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Azərbaycanın xilaskarı-Heydər Əliyev” mövzusunda tədbir

08 dekabr 2022 | 18:05

Dekabrın 8-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin ərazi partiya təşkilatında Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar olaraq “Azərbaycanın xilaskarı-Heydər Əliyev” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tarix- Diyarşünaslıq Muzeyinin ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva Heydər Əliyevin 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və mücadilə apardığından danışdı. O, bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin – müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və birbaşa başçılığı ilə qoyulmuş olduğunu söylədi.

Sonra Tarix-Diyarşünaslıq Muzeyinin ərazi partiya təşkilatının sədr müavini Dilgüşə Məmmədova və Masallı Dövlət Rəsm Qalereyasının direktor işini icra edən Təhmasib Məcidov çıxış edərək  Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu nümayiş etdirməsini qeyd etdilər. Natiqlər cıxışlarında xalqımızın tarix boyu qərarlaşmış, milli dəyərlərinin bərpa edilməsi Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, əxlaq normalarımızın, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi mövqeyi Heydər Əliyevin liderlik qayəsini müəyyən edən cəhətlərdən olduğundan xüsusi danışdılar.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev mərkəzinə ekskursiya edərək ulu öndərin büstü qarşısına gül dəstələri qoydular.

Keçidlər