Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyi qeyd olunub

10 fevral 2025 | 17:49

10 fevral 2025-ci il tarixdə Masallı elektrik şəbəkəsinin kollektivi "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yaranmasının 10 illiyi ilə əlaqədar olaraq Masallı şəhər Heydər Əliyev Parkında Azərbaycan Xalıqının Ümummili Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyəti hörmətlə anaraq abidə önünə tər gül dəstələri düzmüş və ehtiramla yad etmişlər.

Sonra kollektiv rayonun Xıl kəndində yerləşən elektrik yarımstansiyasının həyətində 70 ədəd şam ağacı əkmişlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Keçidlər