Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda barama mövsümü - 2026

13 may 2026 | 16:06

Son illərdə Masallı rayonunda barama istehsalına göstərilən diqqət nəticəsində bu sahəhədə əhəmiyyətli artım müşahidə olunur.

Belə ki, Masallı rayonunda barama istehsalının artırılması üçün vaxtında lazımı tədbirlər həyata keçirilmişdir.

2026-cı ildə Masallı rayonunda barama mövsümünün başlanması ilə əlaqədar kümçülərə 90 qutu barama qurdu paylanılmışdır.

Qeyd edək ki, kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama «Azəripək» MMC tərəfindən təhvil alınır, hər kiloqram yaş baramaya görə subsidiya ödənilir.

Onu da xüsusi vurğulamaq lazımdır ki, baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir.

Keçidlər