Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA BARAMA TƏHVİLİ BAŞLADI

09 iyun 2022 | 18:18
Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənələri və böyük potensialı var. Bu sahənin inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Əsas məqsəd bu ənənəni bərpa etmək və bu sahədə məhsuldarlığı daha da artırmaqdır. Ölkəmizdə barama istehsalı ilə məşğul olan kümçülərə çoxşaxəli dövlət dəstəyi tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmana əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən yaş baramanın hər kiloqramına görə subsidiyanın məbləği 1 manat artırılaraq 6 manata çatdırılıb. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında “Azəripək” MMC təhvil alınan baramanın qiymətini 4 manatdan 5 manata qaldırıb. Bununla da cari mövsümdə kümçülər tədarük etdikləri yaş baramanın hər kiloqramına görə 9 deyil, 11 manat vəsait alacaqlar.
Ölkəmizdə baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsərrüfatın bu sahəsinə uzun illərdən sonra bərpası sayəsində həyata keçirdiyi kompleks tədbirlər regionlarda yaşayan əhalinin, o cümlədən Masallı rayonunda da məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Məhz bu məqsədlə cari mövsümdə 132 qutu barama toxumu yetişdirən Masallı kümçüləri məhsulu təhvil verməyə başlayıblar. 7 iyun 2022-ci il tarixdə Şəki “İpək” Məhdud Məsuliyyətli Cəmiyyətinə 494, 7 kiloqram keyfiyyətli barama təhvil verilmişdir. Məhsulun 1 kiloqramı dövlət subsidiyası ilə birlikdə emal müəssisəsinə 11 manata satılır.

Boradigah, Çaxırlı, Güllütəpə, Hişkədərə, Musakücə kümçüləri daha keyfiyyətli məhsul satışında fərqlənirlər.

Masallı rayonunda barama tədarükü davam edir.
Keçidlər