Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda baramaçılığın və ipəkçiliyin inkişafı yeni mərhələdə

26 may 2023 | 12:02

 “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 27 noyabr 2017-ci il tarixli 3406 nömrəli Sərəncam imzalamışdır. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının  8.3.3, 8.3.4, 8.4.1, 8.4.3 və 8.5.2-ci bəndlərinin icrası ilə bağlı 26.05.2023-cü il tarixində Masallı DAİM-in inzibati binasında bələdiyyələr, ərazi nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlərin iştirakı ilə dəyirmi masa ətrafında maarifləndirici görüş təşkil edilmiş və müzakirələr aparılmışdır. Banbaşı bələdiyyəsi çıxış edərək baramaçılığın inkişafı ilə əlaqədar ərazidə aparılan təbliğat və təşviqat işləri və gələcəkdə də bu sahənin inkişafı ilə bağlı görəcəyi işlər barədə məlumat vermişdir. Yem tədarükü ilə bağlı yeni tut bağlarının salınmasını və mövcud bağların isə aqrotexniki qaydada budanmasının vacibliyini diqqətə çatdırmışdır. Sonda fermerləri maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılmışdır.

Keçidlər