Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Beynəlxalq əlillər günü” münasibətilə əlillər ziyarət olundu

02 dekabr 2023 | 14:18

02 dekabr 2023-cü il tarixdə “Beynəlxalq əlillər günü” münasibətilə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları və müvafiq ərazi nümayəndələri rayonda yaşayan bir qrup əlilin evində olmuş, onların vəziyyətləri ilə maraqlanmışlar.

Masallı şəhərində Bünyatov İlkin Elbrus oğlu, Ərkivan qəsəbəsində Hüseynzadə Çinar Sədrəddin oğlu, Güllütəpə kəndində Alışova Nazənin Vaqif qızı, Banbaşı kəndində Feyziyev Eldar Talı oğlu, Xıl kəndindən İbadova Təranə İbad qızı, Səmidxan kəndində Zeynalov Namiq Natiq oğlu, Çaxırlı kəndində Rəsulov Ramin Fəxrət oğlu, Mahmudavar kəndində Bəşirova Aidə Nağı qızına bayram payı vermişlər.

Əlillərin valideynləri, yaxınları göstərilən diqqət və qayğıya görə Ölkə başçısı İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər