Masallıda Bionavatic Şirkətinin maarifləndirici görüşü
29 mart 2024-cü il tarixdə Masallı Rayon İcra hakimiyyətinin inzibati binasında Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Bionavatic Şirkətinin Aqrotexnologiyalar mərkəzinin iştirakı ilə maairfləndirici görüş keçirilmişdir.
Görüşü “MT Group” MMC-nin direktoru Şirvan Əhmədov açaraq tədbir iştirakçılarını salamladı və çıxış üçün özü Bionavatic Şirkətinin Aqrotexnologiyalar mərkəzinin direktor muavini Yuriy Şumilovuna verdi.
Tədbirdə çıxış edən Yuriy Şumilov əkinçilik və bağçılıqda bioloji pereparatların tətbiqinin səmərəliliyi,cəmi bir biofungisiddən düzgün istifadə etməklə biçindən sonra sahələrdə qalan samanın yandırilmadan, daşınmadan üzvi gübrəyə çevrilməsi üsulu barədə maarifləndirici fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Rayon İcra Hakimiyyəti Başçısı aparatının baş məsləhətçisi Vəli Muxtarov və aparatın böyük məsləhətçisi Zahid Sadıxov belə maarifləndirici tərbidlərin mütəmadi keçirilməsinin zəruri olduğunu bildirərək qonaqlara minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Tədbirdən sonra mütəxxəsislər Bionavatic Şirkətinin Aqrotexnologiyalar mərkəzinin direktor muavini Yuriy Şumilov, mərkəzin satış direktoru Sergey Vladimirov Vladimiroviç, “MT Group” MMC-nin direktoru Şirvan Əhmədov, MMC-nin Aqronom konsultantı Xoşqədəm Ələsgərova və ərazi üzrə mütəxəssis Vüsalə Carciyeva Masallı rayonu ərazisində taxıl sahələri, çiyələk plantasiyaları və bağlarda real vəziyyəti aydınlaşdıraraq aşkar edilən xəstəlik və zərərvericilərlə mübarizə üsulları barədə fermerlərə məlumat vermişlər.