Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda bir qrup fəal gənc “Fəxri Fərman” ilə təltif edildi

01 fevral 2024 | 19:19

01 fevral 2024-cü ildə Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında “2 Fevral-Azərbaycan Gənclər Günü” ilə əlaqədar bir qrup rayon gənclərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə iştirak edən bir qrup fəal gənc Masallı Rayon İcra Hakimiyyəti Başçısının 30 yanvar 2024-cü il tarixli, 17 nömrəli Sərəncamı ilə “Fəxri Fərman” ilə təltif edildi.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov giriş nitqi ilə çıxış edərək bildirib ki, 2 fevral gününün Azərbaycan Gəncləri Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu.1994-cü ilin 26 iyununda dövlət gənclər siyasətini icra edən Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı.1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərilərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin ilk forumu keçirilmişdir. Forumda Ümumilli lider Heydər Əliyev şəxsən iştirak etmişdir. 1 Fevral 1997-ci il tarixdən forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev “2 Fevral-Azərbaycan Gənclər Gününün elan edilməsi haqqında”  Sərəncam imzalamışdır.

 Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünki Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğını dərin ehtiram hissi ilə xatırlayır.

Sonra rayon rəhbəri respublikamızda olduğu kimi rayonumuzda da gənclər hər zaman diqqət mərkəzində saxlanıldığını bildirərək idarə-müəssisələrdə çalışan gənclərin statistik sayını, təhsil, idman sahəsindəki uğurlarından bəhs etdi.

Daha sonra bir qrup fəal gənc cənab Araz Əhmədov tərəfindən  “Fəxri Fərman” ilə təltif edildi.

Təltiflərdən sonra “Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektoru üzrə müdiri Sabiq Cahangirov rayon  gənclərini təbrik edərək diqqət və qayğıya görə rayon rəhbərinə təşəkkürünü ifadə etdi. Ölkədə aparılan gənclər siyasətindən bəhs etdilər.

Sonda cənab Araz Əhmədov qeyd etdi ki, 2024-cü il fevralın 7-də Azərbaycanın ictimai-siyasi həyatında növbəti əlamətdar gün yaşanacaq. Həmin gün xalq tərəqqiyə, inkişafa və rifaha səs verəcək. 7 fevral seçkiləri həm də ona görə əlamətdar olacaq ki, son 28 ildə səsvermə prosesi Azərbaycanın bütün ərazilərində keçiriləcək. İndi bütün şəhərlərimiz, rayonlarımız, qəsəbələrimiz, kəndlərimiz liderimizi seçəcək və bütünləşmiş Azərbaycanın gələcəyinə səs verəcək.
Keçidlər