MASALLIDA BOŞANMALARIN SAYI AZALIB
18 iyul 2022 | 19:15
Azərbaycanda boşanmaların sayı azalıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 5,6-ya qədər artıb, boşanmaların sayı isə azalaraq 1,6-dan 1,5-ə düşüb.
Masallı Rayon Statistika İdarəsindən verilən məlumata əsasən Masallı rayonunda 2022-ci ilin yanvar-iyun aylarında 602 nikah qeydə alınmışdır ki, Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 59,3 faiz və ya 378 nikah çoxdur.
Rayonda boşanma halları azalmışdır. 2022-ci ilin yanvar-iyun aylarında 150 boşanma halı qeydə alınmışdır. Boşanmalar ötən ilin eyni dövrü ilə müqayisədə 31,5 faiz və ya 69 boşanma azdır