Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Böyük Vətən müharibəsi iştirakçısı Cənnət Teymurov ziyarət olunub

09 may 2024 | 18:23

Masallı RİH başçısı Araz Əhmədov Viləş kəndində Cənnət Teymurova doğum günü və Böyük Vətən müharibəsinin 79 illiyi münasibətilə baş çəkib.

Ziyarət zamanı rayon başçısı 103 yaşlı Cənnət Teymurovu həm doğum günü, həm də qələbənin 79 illiyi münasibətilə təbrik edərək hədiyyə təqdim edib.

Daha sonra müharibə iştirakçısının istək və arzuları dinlənilib. C. Teymurov fərdi yaşayış evinin həyətində yardımçı binanın tikilməsini xahiş edib. RİH başçısı öz daxili imkanları hesabına lazımi materialları göstərilən ünvana göndərib.

Xatırladaq ki, Teymurov Cənnət Eniş oğlu Masallı rayonu üzrə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarından yeganə sağ qalan şəxsdir.

Keçidlər