Masallıda çayçılığın inkişafı yeni mərhələdə
“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 12 fevral 2018-ci il tarixli 3660 nömrəli və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 14 iyul 2017-ci il tarixli 3099 nömrəli Sərəncamlar imzalamışdır. “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.8 və 8.5.2-cü bəndlərinin və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın 11.5-ci bəndinin icrası ilə bağlı 25.05.2023-cü il tarixində Masallı DAİM-in inzibati binasında bələdiyyələr, ərazi nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlərin iştirakı ilə dəyirmi masa ətrafında maarifləndirici görüş təşkil edilmiş və müzakirələr aparılmışdır. Fermerlər 1 ha çay plantasiyasının salınmaı üçün tələb olunan maliyyə vəsaitinin digər bitkilərlə müqayisədə çox olduğunu və çay bitkisinin 7 ildən sonra məhsul verdiyini qeyd edərək bunun müqabilində çayçılığın inkişafı ilə bağlı nəzərdə tutulmuş subsidiya məbləğinin artırılmasını xahiş etmişdirlər. Sonda fermerləri maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılmışdır.