Masallıda “Cəmiyyətin həssas üzvləri- Uşaqlar” başlığı altında silsilə tədbir
27 oktyabr tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyi “Uşaq hüquqları aylığı“ çərçivəsində “Cəmiyyətin həssas üzvləri- Uşaqlar” başlığı altında tədbir keçirildi.
Tədbirdə Ramiz Əzizov adına Yeddioymaq kənd tam orta məktəbin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirdə ilk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əntiqə Tağıyeva, elmi işçi Dilgüşə Məmmədova uşaq hüquqları və şagird qaydaları haqqında, yeniyetmələrimizin cəmiyyətdə mədəni, düzgün tərdiyələndirilməsinin istiqamətlərindən və şagirdlərin davranış qaydalarından geniş danışdılar. Onlar,uşaqlara hüquq və şagird davranış qaydalarının öyrədilməsi ilə yanaşı ciddi şəkildə icra olunmasını da tövsiyyə etdilər. Ə.Tağıyeva dövlətin istər təhsilə,istərsədə cəmiyyətimizdə yetişən uşaqlara göstərdiyi geniş miqiyaslı qayğıdan bəhrələrək, sağlam gələcəyimizin əsasını təşkil edən uşaqların doğru istiqamətdə yetişdirilmələri üçün ailə və təhsil birliyinin olmasını xüsusi vurğuladı.
Tədbirin sonunda məktəblilər muzeyə ekskursiya etdilər.