Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” mövzusunda müşavirə

25 noyabr 2022 | 15:47

Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında “Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” mövzusunda şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyələrin iştirakı ilə müşavirə  keçirilmişdir

            Müşavirədə daşınmaz əmlak obyektlərinə ünvan verilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2022-ci il Fərmanından irəli gələn məsələlərin rayonda həyata keçrilməsi ilə əlaqədar şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyələrə məlumat verilmişdir.

            Eyni zamanda qeyd edilmişdir ki, Yerli icra hakimiyyəti orqanları nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq hazırlanması və yerləşdirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi ilə əlaqədar “yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrini Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq hazırlamaq və yerləşdirmək, mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək və daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinq keçirmək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə, bu barədə aidiyyəti üzrə məlumat vermək vacibdir.

Keçidlər