Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda daşınmaz əmlakın kadastrı sisteminin inkişafı barədə müşavirə

10 avqust 2018 | 14:40

10 avqust 2018-ci il tarixdə Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı barədə müşavirə keçirilmişdir.

Müşavirədə Azərbaycan Respublikasıda daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət proqramının təsdiq edilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin 13.07.2016 –ci il tarixli 2197 saylı sərəncamından irəli gələn məsəllələrin həlli ilə bağlı,   Rayon İcra Hakimiyyətinidə 36 bələdiyyə sədirlərinin iştirakı ilə bələdiyyə torpaqlarının sərhədlərinin müəyyənləşdirilməsi barədə söhbət açılmışdır.

Müşavirədə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutaraq, torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi, torpaqların xüsusi mülkiyyətə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi  bələdiyyə sədirlərinin diqqətinə çatdırılmışdır.

         Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərinin aidiyyəti orqanlarla birlikdə müəyyən edilməsi və torpaqların müvafiq bələdiyyələrə təhvil verilməsi işlərinin tamamlanması, dövlət büdcəsinin vəsaiti hesabına həmin torpaqlar üzərində bələdiyyələrin mülkiyyət hüquqlqrının daşınmaz əmlakın dövlət reyestrində qeydiyytının aparılması məqsədi ilə yerlərdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərinin müəyyənləşdirilməsində aidiyyət dövlət orqanları ilə işlərini birgə qurmaq və bələdiyyələrin üzərinə düşən məsələlərə ciddi yanaşmaq tapşırılmışdır.

Keçidlər