Masallıda “DİN sistemində Təhsilə və xidmətə təşviq”lə bağlı seminar
04 oktyabr 2022-ci il tarixdə Masallı şəhər Dəfinə məktəb liseyində Masallı rayon Polis şöbəsinin təşkilatçılığı ilə “DİN sistemində Təhsilə və xidmətə təşviq”lə bağlı seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə Masallı rayon Polis şöbəsinin şəxsiyyət üzrə rəis köməkçisi İxtiyar Talıbov açaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişafı Startegiyası”ndan irəli gələn məsələlər barədə söhbət açmışdır.
Tədbirdə Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi, polis veteranı Azər Bəhmənov, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri, polis veteranı Məmmədağa Şiriyev, liseyin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişdir.
Seminarın sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmış və xatirə şəkilləri çəkdirilmişdir.