Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Dini vəhdət-milli birlik” adlı seminarın açılış mərasimi olub

24 oktyabr 2022 | 22:12

24 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin dəstəyilə Masallı şəhərinin Heydər Əliyev Mərkəzində din xadimləri üçün təşkil olunan “Dini vəhdət-milli birlik” adlı üç günlük seminarın açılış mərasimi olub.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbə müdiri Elvin Hüseynli, QMİ-nin Masallı bölgəsi üzrə qazısı Rəşid Talıbov, Masallı, Oğuz, Qəbələ və Şamaxı rayonlarından olan din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir başlamazdan əvvəl Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. 

Sonra Dövlət Himni səsləndirilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və digər natiqlər əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimizin təbliği və inkişafı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində əldə edilən zəfər və digər mövzularla bağlı fikirlərini çatdırılblar.

Keçidlər