Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilmişdir

23 iyun 2022 | 18:41
23 iyun 2022-ci il tarixdə Masallı rayonunda 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkı Şəhidlər Abidə Kompleksi önünə gül dəstələri qoyaraq, hörmət və ehtiramlarını ifadə etmişlər.
Sonra tədbir Masallı Rayon İcra Hakimiyyətinin geniş akt zalında davam etmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, respublikamızın Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23-iyun Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü elan olunub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illər ərzində, xüsusən ölkənin yeni Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı ardıcıl surətdə silsilə xarakterli islahatlar həyata keçirilmiş, inzibati sistemin tənzimlənməsinə dair xeyli sayda müvafiq qanun və fərmanlar qəbul edilmiş, dünya təcrübəsindəki müasir inkişaf tendensiyalarının nəzərə alınması ilə ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılmışdır.

Tədbirdə Masallı RİH başçısının müavini Aybəniz Qafarova Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə məruzə etmişdir.

Məruzə ətrafında çıxışlarda Masallı Rayon Prokuroru Vəli Mustafayev, Masallı RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azay Ağayev, Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı rayon Ağsaqqallar Şurasının sədr müavini, «Tərəqqi» medallı veteran jurnalist Əyyub Mehdiyev, Masallı Regional Dövlət Kollecinin müəllimi, "Dövlət qulluğunda fərqlənməyə görə" medallı Baba Həsənov, Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva və başqaları  çıxış edərək bildirmişlər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2022-ci il tarixli Sərəncamına əsasən «Tərəqqi» medalına layiq görülmüş Masallı RİHB-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəli Əliheydər oğlu  Muxtarov çıxış edərək ona göstəriilən yüksək etimada görə ölkə başçısına minnətdarlıq bildirmişdir.
Dövlətçilik prinsiplərinə sadiq qaldıqlarına görə rayonda çalışan bir qrup dövlət qulluqçusuna Masallı Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərman və qiymətli hədiyyələrin təqdim edilmişdir.
RİH başçıcsı Ş.Məmmədov yekun çıxışı etmişdir.
Keçidlər