Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Dünyamızı qoruyaq” mövzusunda dəyirmi masa

27 may 2024 | 10:52

Masallı Rayon İcra Hakimiyyəti, Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Uşaq Səfirlər Məclisinin Masallı rayon nümayəndəliyinin birgə təşkilatçılığı Masallı şəhər Dəfinə liseyinin şagirdlərinin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yalnız bir Dünya” layihəsi çərçivəsində  “Dünyamızı qoruyaq” mövzusunda dəyirmi masa təşkil edilmişdir.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva qloballaşan dünyanın qloballaşan problemləri artdıqca yaşıl dünya naminə həmrəyliyin, birliyin aktual məsələyə çevrilməsini bildirmişdir. Bu sahədə dövlət tərəfindən müəyyən olunmuş prioritetlərdən, COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsindən geniş söhbət açdı.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu  Aybəniz Novruzova, Uşaq Səfirlər Məclisin regional nümayəndəsi Nuray Musayeva, muzeyin əməkdaşı Dilgüşə Məmmədova bildiriblər ki, iqlim dəyişiklikləri su, torpaq və atmosfer havasının çirklənməsi, qlobal istiləşmə, ozon qatının zədələnməsi, su ehtiyatlarının tükənməsi, təbii fəlakətlər ümumbəşəri problemə çevrilib. Bu problemlərin aradan qaldırılması istiqamətində hər bir vətəndaşda “yaşıl təfəkkür”ün formalaşmasının vacibliyini vurğulayıblar.

Diskussiya formatında keçirilən tədbirdə Uşaq Səfirlər Məclisin regional nümayəndəliyinin təşkil etdiyi tədbirlərində fəallıq nümayiş etdirmiş şagirdlər diplomlarla təltif edilmişdir.

Sonda Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva tərəfindən məktəblilər üçün ekskursiya təşkil edilmişdir.

Keçidlər