Masallıda “Ekoloji sağlamlığın qorunması” mövzusunda tədbir
Masallı şəhər Heydər Əliyev Mərkəzində "Yaşıl Dünya naminə həmrəylik ili" çərçivəsində “Ekoloji sağlamlığın qorunması” mövzusunda tədbir keçirilmişdir.
Tədbir, Ümummilli lider Heydər Əliyevin ekoloji siyasətini və ətraf mühitin qorunmasındakı rolunu vurğulamaq məqsədini daşıyırdı.
Tədbirdə Masallı rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Lənkəran-Astara Regional Təhsil idarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun müdiri Elman Rzayev, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və digər iştirakçılar yer aldı.
Tədbirdən əvvəl məktəblilərin "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi nümayiş etdirildi.
Masallı rayonu üzrə Təhsil sektorunun müdiri Elman Rzayev tədbiri açaraq, bu cür tədbirlərin əhəmiyyətini vurğuladı və iştirakçılara uğurlar arzuladı. Daha sonra müəllimlər müxtəlif mövzularda təqdimatlar edərək, ekoloji məsələlərə dair biliklərini bölüşdülər. Tədbirin sonunda bağça fidanları və məktəblilərin ifasında rəqs və mahnı nömrələri təqdim edildi, bu da tədbirə xüsusi rəng qatdı.
Tədbirin yekununda təqdimat edən müəllimlər rayon üzrə təhsil sektorunun təşəkkürnamələri ilə təltif edildilər.
Bu tədbir, iştirakçılara ətraf mühitin qorunmasının vacibliyini bir daha xatırlatdı və gənc nəsildə ekoloji düşüncənin formalaşmasına töhfə verdi.