Masallıda elektrik təsərrüfatının SİP kabelləşməsi davam etdirilir
Masallı EŞ-nin xidməti ərazisində istismarın səviyyəsini qaldırmaq, istehlakçıların fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədi ilə Masallı EŞ-in xidməti ərazisində son 4 ay ərzində tədbirlər planına uyğun olaraq şəbəkə tərəfində aşağıdakı işlər görülmüşdür:
Masallı elektrik şəbəkəsi 49851 əhali, 4668 qeyri-əhali abonenti olmaqla, ümumilikdə 54519 abonentə xidmət göstərir.
Masallı EŞ-nin xidməti ərazisində 50 ədəd 10 kV-luq, 358 ədəd 0.4 kV-luq ümumilikdə 408 ədəd fiziki köhnəlmiş 10/0.4 kV-luq dayaqlar yeni dayaqlarla əvəz edilmişdir, 114 ədəd 10 kV-luq, 145 ədəd 0.4 kV-luq sınıq izolyatorlar dəyişdirilmiş və 37 ədəd qismən əyilmiş 10 və 0.4 kV-luq dayaqlar düzəldilərək istismar vəziyyətinə gətirilmişdir.
Masallı EŞ-nin xidməti ərazilərində yerləşən kəndlərdə yaranan qüsurların aradan qaldırılması məqsədi ilə 2686 metr AS-35, 1000 metr AS-50 markalı istismar vaxtını keçmiş naqillər yeni naqillərlə əvəz edilmiş, 150 metr 4x35 markalı SİP kabel əlavə fiderin çəkilməsində istifadə olunmuş, 25.6 km 0.4 kv-luq və 15.4 km 10 kv-luq naqillər tarım çəkilərək xətt yaşıl kütlədən təmizlənmişdir.
Masallı EŞ-nin xidməti ərazisində 8 ədəd zədəli transformatorlar təmirdən gəlmiş transformatorlarla əvəz edilmişdir, 2 ədəd KTM əsaslı təmir edilmiş, 59 ədəd KTM-də cari təmir işləri aparılmış, 44 ədəd KTM-də ətrafının alaq otlarından təmizlənməsi işləri aparılmış, transformatorlara 120 litr yağ əlavə edilmiş və 4 ədəd KTM-də çəpərləmə işləri yerinə yetirilmişdir.
Masallı EŞ-nin xidməti ərazilərində 10 və 0.4 kV-luq tərəfdən elektrik enerjisi ilə təmin edən HEVX-i plan qrafik əsasında 35/10 kV-luq Banbaşı, Alvadı, Xıl, İPZ, 110/35/10 kV-luq Tüklə və Masallı yst-larında yerləşən 227 ədəd müxtəlif güclü TM-lara baxış keçirilmiş, transformatorun ətrafı alaq otlarından təmizlənmişdir. Xidməti ərazidə 16 ədəd TM-də, 10 ədəd hava xətləri və 2 ədəd y/st-da iməcliy işləri aparılarmış, TM-in gövdəsi rənglənmiş, hava xətləri xəttə toxunan ağac budaqlarından budanmış və y/st-dan ərazisinin ətrafı alaq otlardan təmizlənmişdir.
Yeni güc mərkəzinin yaradılması işləri aparılmış, 110/35/10 kv-luq Tüklə y/st-dan çıxan 10 kv-luq 1 saylı h/x-dən qidalanan Mahmudavar kəndində 1 ədəd 160 kva və 110/35/10 kv-luq Masallı y/st-dan çıxan 10 kv-luq 7 saylı h/x-dən qidalanan Əzizabad-Qodman ərazisində 1 ədəd 100 kva və 110/35/10 kv-luq Masallı y/st-dan çıxan 10 kv-luq 7 saylı h/x-dən qidalanan Məmmədrzaküçə ərazisində 1 ədəd 100 kva yeni güc mərkəzi yaradılması üçün 15 ədəd 10 kv-luq dayaq, 5 ədəd 0.4 kv-luq dayaq, 1650 metr AS-50 məftil, 656 metr 4x35 Sip kabel və 33 ədəd 10 kv-luq izolayator istifadə edilmişdir.
35/10 kv-luq Banbaşı y/st-dan qidalanan 10 kv-luq 1 saylı h/x-dən qidalanan Şərəfə, Ağakişibəyli, Bala Təklə kəndlərinin və 35/10 kv-luq Banbaşı y/st-dan qidalanan 10 kv-luq 3 saylı h/x-dən qidalanan Köhnə Alvadı kəndlərinin 10/0.4 elektrik təsərrufatında yenidənqurma işləri görülür. Hal-hazırda bu işlər davam etdirilir
Onuda qeyd edirik ki, Masallı EŞ-nin xədməti ərazilərində 103 ədəd kənd və qəsəbədən, 1-i şəhər, 1-i qəsəbə olmaqla 21 ədəd kənd ərazilərində yenidənqurma işləri aparılıb tam başa çatdılırıb, 5 kənddə yenidənqurma işləri aparılmış lakin tamamlanmamışdır, 4 ədəd kənddə hal-hazırda yenidənqurma işləri davam etdirilir, 14 kənddə layihələndirmə işləri aparılmışdışdır. Masallı rayon Ərkivan qəsəbəsi, Lürən kəndi və Babaser kəndlərində yenidənqurma işlərinə başlanılması nəzərdə tutulub.
Masallı EŞ-i üzrə Asan xidmət mərkəzinə müraciət etmiş abonentlərə elektrik təchizatının qurulması üçün 74 nəfər əhali abonentlər üçün 1057 metr 2x10 və 9 ədəd qeyri əhali abonentləri üçün 73 metr 4x16 ümumilikdə 1130 metr SİP kabel yeni çıxış xətti çəkilib və müasir tipli elektrik sayğacları quraşdırılaraq abonenentlərə elektrik enerjisi ilə təmin olunmuşdur.
Masallı EŞ-nin xidməti ərazisində köhnə tipli və qüsurlu sayğaclar yeni Smart kart tipli sayğaclarla əvəz olunmuşdur. Belə ki, (Mahmudavar kəndində 54 ədəd, Çaxırlı kəndində 50 ədəd, Şərəfə kəndində 177 ədəd, Viləş-Qizilagac kəndində 88 ədəd, Şıxlar -2-Yeddioymaq kəndində 70 ədəd, köhnə Alvadı 100 ədəd, Rüdəkənar kəndində 20 ədəd, Böyük Xocavar kəndində 30 ədəd, Mololan kəndində 20 ədəd, Hişkədərə-Miyənkü kəndində 80 ədəd, Babaser kəndində 55 ədəd, Qizilavar kəndində 100 ədəd, Ərkivan qəsəbəsində 190 ədəd, Musaküçə 30 ədəd, Qasımlı 20 ədəd, Öncəqala 37 ədəd, Yeyenkənd 100 ədəd, Səmidxan-Alisanli və Ətcələr kəndində 120 ədəd, Memmedrzaküçə-Əzizabad-Qəriblər kəndində 170 ədəd,) ümumilikdə 1511 ədəd istismar müddətini başa vurmuş elektrik sayğacları yeni Smart kart sayğac ilə əvəz edilmişdir. Hal-hazırda bu işlər davam etdirilir.