Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda ənənəvi Novruz yardımı

20 mart 2024 | 11:00

Masallı rayonunda ənənəvi olaraq hər il aztəminatlı ailələrə bayraq sovqatı yardımı olunur, hər evin hər ocağın süfrəsində bayram təamlarının olması üçün müxtəlif zümrələrdən olan xeyirxah insanlar tərəfindən dəstəklər göstərilir.

Belə ki, bu ildə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayonun xeyirxah insanlarının dəstəyi ilə rayon üzrə 1100-dən çox aztəminatlı ailənin süfrəsində bayram təamlarının olması üçün ərzaq və digər yardımlar olunmuş, rayon rəhbərinin tapşırığı ilə yardım olunmuş hər aztəminatlı ailə evində ziyarət olunmuş, Novruz bayramı təbrik olunmuşdur.

Ölkəmiz üçün müqəddəs bayram olan Novruz bayramı günlərində onlara göstərilən yardımlara görə bütün aztəminatlı ailələr ilk öncə Ölkə Başçısı Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Rayon rəhbərliyinə, dəstək olanlar və zəhməti olanlara dərin minnətdarlıqlarını bildirərək Novruz bayramınız mübarək olsun demiş, xoş arzularını bildimrişlər.

Keçidlər