Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Erkən nigah və onun fəsadları” adlı tədbir

16 aprel 2025 | 17:15

16 aprel 2025-ci il tarixində Masallı “Gənclər evi” sosial xidmət müəssisəsində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Dövlət Regional Kolleci və Masallı Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Erkən nigahın qarşısının alınması mövzusunda “Erkən nigah və onun fəsadları” adlı tədbir keçirildi.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Masallı Dövlət Regional Kollecin tərbiyə işləri üzrə direktor müavini Dilarə Hüseynova çıxış edərək bildirmişdir ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir.Erkən yaşda ailə quran qızlar təhsildən də kənarda qalırlar. Təhsil çox vacib amildir. Təhsil həm psixoloji, həm sosioloji, həm də fiziki cəhətdən təsiredici amil kimi qiymətləndirilir.

Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi psixoloqu Aybəniz Novruzova çıxış edərək bildirmişdir ki, erkən nikahın fəsadları ilə tez tez rastlaşırıq. Erkən nikahların problem yaratmasınını səbəblərindən biri də yeniyetməlik dövrünə təsədüf etməsidir. Həmin dövr uşaqların fiziki, psixoloji, bioloji və sosiallasma cəhətdən sürətli inkişaf dövrüdür.  İnsan həyatının ikinci böyümə və inkişaf etmə dönəmi olan həmin zaman aralığı şəxsiyyətin formalaşması zamanıdır, ona görə də çox vaxt yeniyetmələrin fərdi xüsusiyyətlərində balans pozulur. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir.

Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxışa davam edərək, evlilik şəxsin seçim edə biləcəyi bir hadisə olduğu halda erkən evlilik onun seçiminin və uşaqlıqlarının əlindən almaqla onların inkişafında travmalara səbəb olunmasından bu insanlara erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətləri yükləməklə, şəxsi inkişafdan yoxsul qalınmasından bəhs etmişdir.

Tədbirdə “Referans” klinikasının mama ginekoloqu Xalidə Sadıqova və “Şəkərbala” uşaq bağçasının icraçı direktoru Süsən Axundova çıxış edərək bildirmişlər ki, erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər