Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Erkən nikaha yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir

12 dekabr 2022 | 14:43

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyi, Masallı Qadın Resurs Mərkəzinin  birgə təşkilatçılığı ilə “Erkən nikaha yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

 Görüş Masallı şəhər 6 saylı Seybətin tam orta məktəbinin şagirdləri ilə keçirilib.

Tədbirdə Masallı Qadın Resurs Mərkəzinin koordinatoru Nərgiz Muxtarova,  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva, hüquqşünas Yadigar Mirzəyev,  psixoloq Fərrux Əliyev erkən nikahın səbəbləri, qızlarda yaratdığı fiziki və psixoloji fəsadlardan, təhsildən yayınma hallarından, erkən nikaha cəlb olunmuş qızların qarşılaşdığı problemlərdən, hüquq pozuntularından, stereotiplərin təsirindən, fəsadların aradan qaldırılması hallarından danışıblar.

Tədbir zamanı şagirdlərin fikirləri dinlənilib, sualları cavablandırılıb.

Keçidlər