Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Əsgərə məktub" layihəsi çərçivəsində tədbir keçirilib

05 noyabr 2023 | 09:50

Vətən Müharibəsi Qəhrəmanı, İntiqam Əsgərli adına Masallı şəhər 3 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Masallı rayonu üzrə təhsil sektorunun dəstəyi  ilə "Əsgərə məktub" layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbir iştirakçıları Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə ürəklərindən keçən ən xoş arzularını ünvanlamış, xalqımıza qələbə sevincini yaşatdıqlarına görə onlara sonsuz minnətdarlıqlarını çatdırmışlar.

Layihə çərçivəsində əsgər ataları, müəllimlər, valideyinlər və şagirdlər tərəfindən yazılan məktublar işğaldan azad edilən torpaqlarda xidmət edən əsgərlərə çatdırılacaqdır.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd xalq-ordu birliyini nümayiş etdirmək və şagirdlərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsindən ibarətdir.

Keçidlər