Masallıda evi yanmış sakin kirayə mənzillə təmin olundu
18.01.2024 tarixində Masallı şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı ev yanıb.
Ağayeva Maya Məhəmməd qızı və 4 övladının yaşadığı mənzilin bir otağının yanar konstruksiyaları 45m² sahədə yanıb.
Sözügedən mənzil hazırda yararsız vəziyyətdədir. Yanğın nəticəsində ev və içində olan əşyaların hər biri yararsız hala düşmüşdür.
19.01.2024 tarixində Masallı rayon rəhbərliyinə müraciət edən Maya Ağayeva sosial-maddi vəziyyətlərinin qənaətbəxş olmadığını, yaranmış problemlə bağlı çox əziyyət çəkdiklərini dilə gətirmişdir.
Daha sonra rayon rəhbərliyi sözügedən ailəyə rayonun Qarabağ küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzilin kirayələnməsinə, ailənin digər vacib ehtiyaclarının qarşılanmasına, evin bütün məişət texnikaları ilə təmin olunmasına köməklik göstərmişlər. Mənzilin kommunal xərcləri qarşılanmış və ailə ərzaq yardımı ilə də təmin olunmuşdur.
Yaxın zamanlarda Masallı rayon İcra Hakimiyyətinın daxili imkanları, xeyriyyəçilər və iş adamlarının dəstəyi ilə yanan fərdi yaşayış evinin bərpa olunaraq ailənin istifadəsinə veriləcəyi nəzərdə tutulmuşdur.
Maya Ağayeva onlara göstərilən köməkliyə görə Ölkə Rəhbəri cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirimişdir.