Masallıda ”Fiziki aktivliyə” dair aksiya
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 22 iyul 2022-ci il tarixdə “2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyası”nın təsdiq edilməsi haqqında 3378 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 3.3.7.3-cü (Əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici materialların (bukletlər, plakatlar, kitabçalar, sosial çarxlar və s.) hazırlanması və paylanması (o cümlədən ilkin səhiyyə xidməti göstərən müəssisələr, KİV və sosial şəbəkələr vasitəsilə)) bəndinin icrası ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı Rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə ”Fiziki aktivliyə” dair hazırlanmış maarifləndirici materiallar əsasən işləyən əhaliyə təqdim olunmuş və maarifləndirici söhbətlər aparılmışdır.