Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət “Ulu zirvə” mövzusunda sərgi-satış tədbiri

07 may 2024 | 19:07

07 may 2024-cü il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət “Ulu zirvə” mövzusunda sərgi-satış tədbiri keçirilmişdir.

Masallı Rayon İcra Hakimiyyəti və Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Masallı rayonundan 12, Astara rayonundan 2, Lənkəran şəhəri, Yardımlı, Lerik rayonlarından 1 nəfər olmaqla ümümilikdə 17 nəfər Peşə Əmək Reabilitasiya Mərkəzinin əməkdaşları və digər əlilliyi olan şəxslərin əl işlərindən ibarət “Ulu zirvə” mövzusunda sərgi-satış tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov bildirdi ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.

Azərbaycan dövlətçiliyinin təşəkkülündə, ölkə vətəndaşlarının, o cümlədən fiziki imkanları məhdud insanların hüquqlarının müdafiə olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu vardır. Dahi şəxsiyyət milli inkişaf konsepsiyasında əsas istiqamət kimi dövlət büdcəsinin sosialyönümlü olmasına xüsusi əhəmiyyət verib. Həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti ilə Azərbaycanı bütün çətin sınaqlardan uğurla çıxaran ulu öndər ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıb. O, yüksək səviyyədə işləyib hazırladığı bu strategiya ilə milli dövlətçiliyimizin güclənməsinə böyük təkan verib. Ümummilli Lider Heydər Əliyevin başladığı sosial islahatlar 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının təsdiqi ilə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları, təhsil, səhiyyə, sosial müdafiə, demoqrafik inkişaf, məşğulluq, yoxsulluğun azaldılması, sosial evlər, məcburi köçkünlərin məskunlaşması, ünvanlı sosial yardım, özünüməşğulluq və s. sahələrdə onlarla digər proqramlar qəbul edildi. Bu da onu göstərir ki, Azərbaycanda xalqın həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin öz qarşısına qoyduğu ən önəmli məqsədlərdən birinə çevrilib.

Sonra  Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Vüqar Əliyev agentliyin bu istiqamətdə gördüyü işlər, həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlərin respublikada əhalinin sosial vəziyyətinin getdikcə yaxşılaşması üçün əsaslı zəmin yaratması, ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən dövlətimiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirməsindən geniş bəhs etdi.

            Daha sonra sərgiyə baxış keçirildi. Sərginin sonunda tədbir iştirakçıları tərəfindən fiziki məhdudiyyətli şəxslərin zəhməti dəyərləndirilərək satış həyata keçirildi.             

         Sonda xatirə şəkilləri çəkildi.

Keçidlər