Masallıda “Gələcəyimizi birlikdə düşünək-narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş
27 oktyabr 2022-ci il tarixdə Masallı şəhər İntiqam Əsgərli adına 3 saylı tam orta məktəbin akt zalında, Masallı rayon Gənclər və İdman İdarəsinin, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun, “Masallı Gənclər evi” SXM-nin, Masallı rayon Polis şöbəsinin, Ombudsmanın Cənub Regional Mərkəzinin və DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə şagirdlərdə sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirilib.
Tədbirə başlamazdan öncə şagirlərin “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!” mövzusunda çəkdikləri rəsim əsərlərinə baxış keçirilib.
Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov açaraq tədbirin keçirilməsində əsas məqsədin şagirlərimizin narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri və zərərli vərdişlərdən uzaqlaşdırılması onların sağlm bir fərd kimi yetişməsi ,gələcəkdə ölkəmizə layiqli bir gənc kimi formalşmasından ibarət olduğunu bildirdi. Sonra S.Cahangirov rayonumuzda gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması üçün yaradılan şəraitdən danışaraq hər bir yeniyetmə və gəncimizin idmanla məşğul ulmasını vurğuladı.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Masallı rayon Polis şöbəsinin azyaşlılar üzrə baş inspektoru polis kapitanı Samir Əliyev, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sekturunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək narkotik maddələrdən istifadənin doğura biləcəyi fəsadlar haqda şagirdləri məlumatlandırıb, ölkəmizdə eləcə də rayonda narkomaniyayla mübarizədə bütün təhsil müəssisələrində bu cür tədbirlərin keçirildiyi və maarifləndirmə işlərinin bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyinə diqqət çəkib. Belə təbliğat xarakterli söhbətlər əsrin bəlası sayılan narkomaniyadan yeniyetmə və gənc nəsli qorumaq baxımından vacib əhəmiyyətə malik olduğunu bildiriblər.
Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırlıaraq , şagirdlər arasında mövzuya uyğun hazırlanmış sorğu keçirilib.