Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Gələcəyimizin təminatçıları” mövzusunda tədbir

30 oktyabr 2024 | 17:55

30 oktyabr 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Lənkəran-Astara Gənclər və İdman İdarəsinin Masallı rayon üzrə Gənclər və İdman Sektoru, “Masallı Gənclər Evi“ Sosial Xidmət Müəssisəsi, Ombudsman Cənub Regional Mərkəzinin təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Rayonu üzrə Təhsil Sektorunun dəstəyi ilə 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı“ çərçivəsində “Gələcəyimizin təminatçıları”  mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

            Sakit Tağıyev adına Masallı şəhər 4 saylı tam orta məktəbində keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

            Tədbir Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

          Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Zamin Məmmədov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Gənclər və İdman sektorunun müdiri Sabiq Cahangirov, Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, “Masallı Gənclər  Evi“ Sosial Xidmət Müəssisəsinin direktoru Fuad Mənsimov, Təhsil Sektorunun Aparıcı məsləhətçisi Hörmət Balakişiyev iştirakçılara “Uşaq hüquqları aylığı”-nın təşkil olunmasının  məqsədi, uşaq hüquqlarının yaranma tarixi, bu sahədə milli və beynəlxalq qanunvericilik,  20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da  artırılması və dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə görülən işlər barədə ətraflı məlumat çatdırılıb.

        Əlavə olaraq natiqlər ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyin artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” nda uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların respublikamızda uğurla həyata keçirildiyini şagirdlərin diqqətinə çatdıraraq onlara bununla bağlı öz tövsiyələrini vermiş olublar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər