Masallıda “Gəncə terroru-insanlığa qarşı qanlı cinayətdir” mövzusunda tədbir
5 oktyabr 2022-ci il tarixdə Masallı rayon Mərkəzi Kitabxanasında Gəncə terrorunun 2-ci ildönümü ilə əlaqədar “Gəncə terroru-insanlığa qarşı qanlı cinayətdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə ilk çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, Vətən müharibəsində Ermənistanın Gəncə şəhərinə raket hücumu düşmən dövlətin təcavüzkar mahiyyətini, terror siyasəti yürütdüyünü bütün dünya qarşısında bir daha sübut etdi. Ermənistanın Gəncə şəhərində mülki əhaliyə qarşı qəddar əmələ əl atmasında məqsəd Azərbaycan xalqını öz torpaqlarının azadlığı uğrunda başlatdığı haqq savaşından çəkindirmək, müqavimətini qırmaq idi. Terrorun xalqımıza yaşatdığı ağrı-acılara baxmayaraq xain qonşularımız öz çirkin niyyətinə nail ola bilmədi.
Sonra kitabxananın əməkdaşı Şəmsurə Nəsirova Gəncə terroru ilə bağlı iştirakçılara geniş məlumat verib.