Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənclər üçün biznes təlimi

20 dekabr 2022 | 16:22

20 dekabr 2022-ci il tarixində “Masallı Gənclər Evi” SXM-nin təşkilatçılığı ilə gənclər arasında “Biznesin formalaşdırılması və rəqəmsallaşdırılması” mövzusunda təlim keçirilib. Əvvəlcə şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri “Masallı Gənclər Evi” SXM-nin metodisti Tural Sadıqov açaraq gəncləri salamlamış, tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, hazırda ölkəmizdə biznesin inkişafına dövlət tərəfindən lazımi dəstək verilir, sahibkarlıq fəaliyyətinin genişlənməsi, həmçinin keyfiyyətli məhsulların istehsalına stimul yaradan tədbirlər görülür. Təlimin keçirilməsində əsas məqsəd gənclərin sahibkarlıq təşəbbüslərinin artırılması, gənclərin maarifləndirilməsi və onların informasiya təminatının gücləndirilməsi, yeni iqtisadi şəraitdə iş təcrübəsinin mənimsənilməsidir. Sonra Beynəlxalq dərəcəli təlimçi Ramal Şükürov gənclərə biznes fəaliyyətinə başlamağın yolları, biznes barədə ideyanın formalaşdırılması, biznes planın hazırlanması, bazar iqtisadiyyatının tələbləri, biznes sahəsində biliklərin əldə edilməsi və əlaqələr yaratmağın vacibliyi barədə təlim keçib.

Keçidlər