Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Gənclər üçün işaxtarma və işə müraciət qaydaları” mövzusunda təlim

17 avqust 2022 | 16:00

Avqustun 17-də Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində “Gənclər üçün işaxtarma və işə müraciət qaydaları” mövzusunda təlim keçirilib.

Biznes və Karyera planlaşdırılması üzrə peşəkar təlimçi Rafət Şirəliyev tərəfindən keçirilən təlimdə Masallı rayonunda yaşayan gənclər iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Mərkəzinin Baş fond mühafizi Gülcahan Vəkilzadə iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin mahiyyəti və gənclərə yaratdığı imkanlar barədə geniş məlumatlandırıb. Daha sonra iştirakçılara görüşlə bağlı ümumi məlumat verilib.

Təlimdə gənclərə peşəkar şəkildə işə müraciət qaydaları, iş axtarma yolları, geniş şəbəkə və fəaliyyət dairəsi barədə tövsiyələr verilib. Sonda təlimçi gənclərin suallarını cavablandırıb.

Keçidlər