Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənclər üçün “Karyeranı bizimlə qur” mövzusunda seminar

22 dekabr 2022 | 18:29

22 dekabr 2022-ci il tarixində “Masallı Gənclər Evi” SXM-nin və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə “Karyeranı bizimlə qur” mövzusunda seminar keçirilib. Əvvəlcə şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Masallı Gənclər Evi” SXM-nin metodisti Tural Sadıqov seminarı açıq elan edərək gəncləri salamlamış, tədbirin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulamışdır. Seminarın keçirilməsində əsas məqsəd işsiz və iş axtaran gənclər üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. Sonra seminarda Masallı rayon Məşğulluq Mərkəzinin Böyük mütəxəssisi Rəşadət Cəlilov tərəfindən gənclərə uğurlu karyeranın sirrləri, karyera və iş məqsədlərinin düzgün müəyyən olunması, müasir dövrün tələblərinə uyğun bacarıqların inkişafı və s. mövzularda faydalı məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər