Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənclər üçün “Komanda quruculuğu” adlı təlim

12 sentyabr 2023 | 17:08

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin təşkilatçılığı ilə gənclər üçün “Komanda quruculuğu” mövzusunda təlim keçirilib.

Təlimçi, karyera məsləhətçisi Orxan Əliyevin mentorluğu ilə keçirilən təlimdə əvvəlcə gənclərə “Komanda quruculuğu və liderlik”, “Komandada iş bölgüsü”, “Sağlam rəqabət mühitinin formalaşdırılması”, “İdarəetmə bacarıqlarının təkminləşdirilməsi” mövzuları haqqında ətraflı məlumatlar verilib, komanda oyunları həyata keçirilib. İnteraktiv keçən təlimdə müxtəlif qrup işləri və enercayzerlər icra edilib.

Qeyd edək ki, təlim “Sağlam komanda” layihəsi çərçivəsində həyata keçirilib.

Keçidlər