Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənclərin Dövlət Rəmzləri Muzeyinə ekskursiyası

02 noyabr 2022 | 20:18

Masallıda “Zəfər Günü” və “Bayarq Günü” münasibəti ilə gənclərin Dövlət Rəmzləri Muzeyinə ekskursiyası təşkil olunub.

           02 noyabr 2022-ci il tarixdə  Masallı Rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi” SXM-nin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə 08 Noyabr “Zəfər Günü” və 09 Noyabr “Bayraq Günü” münasibəti ilə rayon gənclərinin Dövlət Rəmzləri Muzeyinə ekskursiyası təşkil olunub.

           Ekskursiya çərçivəsində gənclərə muzey haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, istənilən dövləti onun mövcudluğunu, çoxəsirlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Dövlət rəmzlərinin formalaşması tarixinin öyrənilməsi dövlətçilik tarixinin, mədəniyyətin və ideologiyanınm inkişaf tarixi haqqında daha dolğun məlumat almağa kömək edir. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.

      Gənclər muzeylə tanışlıq zamanı Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərindən fotoları ilə tanış olublar.

Keçidlər