Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənclərin “Sənət və sənatkarlar” ekskursiyası

20 avqust 2022 | 16:07

 Masallı Tarix Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə xalq tətbiqi sənətin inkişafı və Gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı “Sənət və sənətkarlar” başlığı altında səyyar tədbir keçirilib.

Səyyar tədbir zamanı Muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarına dulusçuluq, həsirçilik sənətinin tarixindən geniş məlumat verib.

Tədbir iştirakçıları Ərkivan qəsəbəsinin sakini, dulusçu sənətkar Cəsarət Nuriyevin emalatxanasında olublar. Sənətkar Nuriyev bölgənin qədim sənət nümünələrindən  biri olan dulus qabların hazırlanma texnologiyasından və  bu işin icra prossesindən gənclərə əyani olaraq məlumat verib. Gənclər gildən hazırlanmış müxtəlif qablarla yaxından  tanış olduqdan sonra özlərini bu sənətdə sınayıblar.

Növbəti səyyar tədbir Şatıroba kəndində həsirçi xanım Fəridə Həşimovanın lığ və pizədən həsir, zənbil, papaq, tərəzi və digər əşyaların hazırlanma prosesi ilə dəzgah arxasında tanış olublar. Gənclər yer həsiri dəzgahı arxasında Fəridə xanımın köməyi ilə həsir toxumağı icra ediblər.

 Hər iki sənətkar gəncləri bölgəmizin qədim sənətkarlıq növləri ilə tanış olmağı və bu peşəyə yiyələnməyi tövsiyyə ediblər.

Keçidlər