Masallıda “Gənclərin sosial iştirakçılığı” mövzusunda təlim
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində “Gənclərin sosial iştirakçılığı” mövzusunda təlim keçirilib.
“Gənclər davamlı inkişaf üçün” layihəsi çərçivəsində təşkil edilən təlim “Gənclər Davamlı İnkişaf üçün” layihəsinin iştirakçısı, GİKM-in Cəlilabad nümayəndəliyinin direktoru Səyyarə Aslanovanın təqdimatında keçirilib.
Təlim zamanı “Gənclərin ictimai həyatda iştirakçılığı”, “Gənclərin ictimai həyatda iştirakçılığının faydaları”, “İştirak nərdivanı” kimi mövzulardan danışılıb.
İnteraktiv keçən təlimdə müxtəlif enercayzerlər və komanda işləri icra olunub.
Məlumat üçün bildirək ki, layihə “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə keçirilir.