Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kompaniyası təbliğat xarakterli tədbir

10 dekabr 2022 | 16:28

Masallı rayon İcra Hakimiyyətinin və Ombudsmanın Cənub Regional Mərkəzinin təşəbbüsü ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kompaniyası təbliğat xarakterli tədbir keçirilmişdir. 

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına şəhid olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, İdeoloji Maarifləndirmə və Təbliğat qrupunun üzvü Rauf Cəbiyev, QHT -lər, müəllimlər və gənc qızlar iştirak edirdilər.

Tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov,İdeoloji Maarifləndirmə və Təbliğat qrupunun üzvü Rauf Cəbiyev , QHT -lər Fidan Abbaslı, Dilarə Hüseynova , Əminə Abiyeva 1991-ci ildən etibarən keçirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniya olduğunu qeyd etdilər. Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi geniş şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.

Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması ilə bağlı dövlət əsaslı işlər görür. 2010-cu ildə qəbul edilən Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasinin Qanunu, Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair Azərbaycan Respublikasi Milli Məclisinin Bəyanatı, Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanun, tərəfdar çıxdığımız Beynəlxalq Müqavilələr və digər normativ aktlarla tənzimlənən Gender (kişi və qadınların) bərabərliyi, gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində dövlət siyasəti uğurla həyata keçirilir.

Sonda Aybəniz Qafarova xüsusi olaraq qeyd etdi ki, Masallı Rayon İcra Hakimiyyəti aidiyyəti dövlət orqanları ilə birgə bu sahədə öz üzrəinə düşən vəzifələri layiqincə yerinə yetirir. Rayon sakinləri arasında Gender (kişi və qadınların) bərabərliyi, gender əsaslı zorakılığın qarşısının alınması mövzusunda mütəmadi maarifləndirici tədbirlər həyata keçirir gender əsaslı zorakılığa məruz qalması ehtimal olunan şəxsləri daim nəzarətdə saxlayır. Onların problemlərinin həllinə səy göstərir və müxtəlif preventiiv tədbirlər görərək rayon sakinləri arasında Gender (kişi və qadınların) bərabərliyini təmin etməyə, gender əsaslı zorakılığın qarşısını almağa çalışır.

Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasinin Qanununun icrası ilə əlaqədar “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”ilə bizə həvalə olubmuş işlər üzrə Rayon İcra Hakimiyyəti tərəfindən Səhiyyə işçiləri və daxili işlər orqanlarının əməkdaşları üçün məişət zorakılığı ilə mübarizə mövzusunda məlumatlandırma və maarifləndirmə tədbirlərinin keçirilir, Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün 24 saat, 7 gün açıq olan ödənişsiz qaynar xətt xidmətinin təşkili edilmiş, Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlər gücləndirilib, Məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlərin gücləndirilməsi istiqamətində işlər aparılıb, Rayon İcra Hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu yaradılmış və onun məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanmış və digər işlər görülmüşdür.

Keçidlər