Masallıda geniş miqyaslı asfalatlanma işləri aparılır
Masallıda rayon rəhbərinin tapşırığı ilə 8 noyabr - Zəfər Günü ərəfəsində geniş miqyaslı asfatlanma işləri həyata keçirilir.
Belə ki, rayon ərazisində şəhid adına olan küçələr, şəhid lövhələri və bulaqlarının ətrafı eləcə də şəhid ailələrinin yaşadığı evlərin həyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 47 saylı Yol İstismar İdarəsi tərəfindən asfaltlanır. Digər mərkəzi küçələrdə yararsız vəziyyətə düşmüş asfalt örtüyü təmir olunur.
Görülən geniş miqyaslı işlərə görə şəhid ailələri, müharibə əlilləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri Azərbaycan Respublikasının Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevə, Birinic Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədova, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və zəhməti olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər.