Masallıda GPON texnologiyası əsasında fiber-optik şəbəkə yaradılır
“Aztelekom” MMC Masallı rayonunda GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradır.
Masallı rayonunun İkinci Səmədxanlı, Bədəlan, Yusifli, Dəlləkoba, Çayqıraq, Aşurlu, Dəmirçi, Babaser, Qızılavar, Köhnə Alvadı, Təzə Alvadı, Böyük Kolatan, Bala Kolatan, Meşəkənarı, Böyük Xocavar, Banbaşı, Yeyənkənd, Abasbəyli və Xəlfələr kəndlərində işlər yekunlaşıb. Masallı şəhər mərkəzində 4538, Masallı rayonunda isə 9857 ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internet xidmətlərindən yararlanır.
Ümumilikdə Masallı rayonu ərazisində 20403 ev təsərrüfatı və biznes subyekti yüksəksürətli internetlə əhatə olunub, 14000-dən çox abunəçi xidmətlərdən yararlanır və yeni qoşulmalar davam etdirilir.
Qeyd edək ki, 2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin icra müddətində genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 2.29 milyona çatdırılıb.
Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 78 faizini təşkil edir.