Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Hamı bir nəfər kimi” mövzusunda tədbir

28 dekabr 2022 | 21:26

Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramı münasibəti ilə “Hamı bir nəfər kimi” mövzusunda tədbir keçirildi.

Tədbirdə adı çəkilən müəssisənin əməkdaşları, Ombudsman Cənub Regional Mərkəzi, Masallı rayon Heydər Əliyev mərkəzi,  “ASAN xidmət” mərkəzi, “Gənclərin  İnkişaf və Karyera Mərkəzi, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi, “ Ümidim sənsən” sosial inkişafa  yardım ictimai birliyi, Gənclər və İdman İdarəsi, Mərkəzi Kitabxana Sistemi, Onbirillik İncəsənət Məktəbi, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri ,qazilər ,gənclər iştirak etdilər.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva xalqımızın və eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız tərəfindən 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  ildən-ilə daha geniş vüsət alıb təntənəli  şəkildə keçirildiyindən danışdı. O,dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdiyini ifadə etdi.

   Sonra Ombudsman Cənub Regional Mərkəzi rəhbəri Ziya İsmayılov, Masallı rayon Heydər Əliyev mərkəzinin fond müafizi Gülcahan Vəkilzadə, “ASAN xidmət” mərkəzinin nümayəndəsi Nərmin İsmayılova ,“Gənclərin  İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyinin əməkdaşı Orxan Əliyev ,“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, Gənclər və İdman İdarəsinin rəisi Sadiq Cahangirov, Mərkəzi Kitabxana Sisteminin nümayəndəsi Arzu Hüseynova, Onbirillik İncəsənət Məktəbinin müəllimi Hicran Sərdarova, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Mürşüdova və Qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov çıxış edərək  xalqımızın bayramını təbrik etdilər. Eyni zamanda natiqlər  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs, məsuliyyətli mübarizəyə səfərbər edən ,bir azərbaycanlı üçün inam və ümid günü simvolu olduğunu xüsusi qeyd etdilər.  Tədbirdə iştirak edən müəssisə rəhbərləri və nümayəndələri yola saldıqları 2022-ci ildəkindən daha böyük birlik yaradaraq xalqımızin , dövlətimizin ideya və mövqeyinin qorunması yolunda “Hamı bir nəfər kimi” şüarı altında fəaliyyətlərini davam etdirəcəklərini bildirmiş oldular.

Daha sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyası 2022-ci il boyu keçirtdikləri tədbirlərdə onlarla əməkdaşlıq edərək, keçirilən tədbirlərdə fəallıq göstərən təşkilatları “Təşəkkürnamə” ,qazilərimizi isə bayram hədiyyəsi ilə mükafatlandırmış oldular.

Tədbirin sonunda tədbir iştirakçıları xatirə şəkilləri cəkdilər.

Keçidlər