Masallıda “Haqqa yüksələn səs” mövzusunda tədbir
Masallı Tarix Diyarşünaslıq Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illik yubileyi ilə əlaqədar “Haqqa yüksələn səs” mövzusunda tədbir keçirilib.
Tədbirdə mədəniyyət nümayəndələri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin gəncləri iştirak edib.
İlk olaraq Vətən uğrunda çanından keçmiş şəhidlərin və Azərbaycanın inkişafında müstəsna rolu olmuş içtimai xadimlərin və represiya qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva Azərbaycanın İstiqlal şairi,xeyriyyəçi,İctimai xadim və vətəninə əsgər olmağı bacaran Əhməd Cavadın ömrü və yaradıcılığı bütün zamanlarda gənclərimizə örnək ola biləcək,milli şüur,vətənpərvərlik və yeniyitmələrin tərbiyyəsində əvəzsiz xəzinə olmasından danışdı.
Sonra muzeyin baxıçısı Çingiz Qurbanov Əhməd Cavadın həyat və yaradıcılığı barədə geniş məruzə etdi.Muzeyin eimi-işçisi Dilgüşə Məmmədova ictimai xadim kimi yaşadığı dövrdə göstərdiyi siyasi xidmətlərdən məlumat verdi.
Tədbirin sonunda Əhməd Cavadın sözlərinə bəstələnmiş mahnılar sazda ifa edildi.