Masallıda “Heydər Əliyev 100“ adlı sərgi-pleneri
Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində rəsm dərnəyinin şagirdlərinin “Heydər Əliyev 100“ adlı sərgi-pleneri təşkil olunub.
Sərgi-pleneri Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva açaraq Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında məlumat verib. D. İbayeva Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə mərkəz tərəfindən keçirilən silsilə tədbirlər barədə məlumat verərək plenerin əhəmiyyətindən söz açıb.
Daha sonra Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova sərgi-plenerin yeniyetmə və gənclərin vətənpərvərlik, dövlətə sədaqət və etimad ruhunda tərbiyə olunması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması və onların yaradıcılıq imkanlarını genişləndirmək məqsədilə keçirildiyini qeyd edib.